İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: Estoniya səfiri fevralın 7-də Rusiyanı tərk etməlidir

Estoniya səfiri fevralın 7-də Rusiyanı tərk etməlidir.

AZƏRTAC xəbər verir ki, yanvarın 23-də Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre XİN-ə çağırılıb. Rusiya xarici siyasət idarəsi Estoniya hakimiyyətinin fəaliyyəti ilə bağlı qəti etirazını bildirib və səfirin fevralın 7-də ölkəni tərk etməsi tələbini irəli sürüb.

Rusiya XİN-in məlumatında deyilir ki, rəsmi Moskva Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı endirir. Belə ki, Estoniya Rusiya səfirliyinin əməkdaşlarının sayının azaldılması barədə qərar qəbul edib. Cavab addımı olaraq, Rusiya tərəflərin səfirlər deyil, müvəqqəti işlər vəkilləri səviyyəsində təmsil olunacaqlarını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR