Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası İrəvan və Bakı ilə üçtərəfli qrupun işini bərpa etməyə çağırıb.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, bölgədə nəqliyyat kommunikasiyalarının bloklanması məsələsi üçtərəfli işçi qrupu çərçivəsində çoxdan həll oluna bilərdi:
"Rusiya bütün regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etməyə çağırır.
Bizim ardıcıl mövqeyimiz ondan ibarətdir ki, regionda nəqliyyat kommunikasiyalarının bloklanması məsələsi çoxdan Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrup çərçivəsində həll oluna bilərdi. Üçtərəfli işçi qrupu çərçivəsində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sisteminin bərpasına birbaşa töhfə verməyəcək, həmçinin regionun gələcək sosial-iqtisadi inkişafını da təmin edəcək".
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ