İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN başçısından sensasion açıqlama-Laçın yolu ilə bağlı görüş olub  

Rusiya XİN başçısı Sergey Lavrov deyib ki, Rusiya hərbçiləri Ermənistanın minaların daşınması üçün Laçın dəhlizindən istifadə edə biləcəyi barədə Bakıdan aldığı məlumatları öyrənirlər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, rusiyalı diplomat bunu brifinqdə söyləyib. S.Lavrov deyib ki, azərbaycanlılar məlumat veriblər, indi bizim hərbçilər məlumatları araşdırırlar. “Çoxlu qarşılıqlı ittihamlar var”-Lavrov əlavə edib.

“Rusiya sadə bir şey təklif etdi: üçtərəfli razılaşma əsasında nəqliyyatın hərəkətinə nəzarət etmək səlahiyyətinə malik olan sülhməramlı kontingentin hər bir nəqliyyat vasitəsini qadağan olunmuş, qeyri-humanitar, mülki olmayan malların olub-olmadığını yoxlamaq üçün hər cür imkanı var”-XİN rəhbəri deyib.

S.Lavrov Laçın yolundakı vəziyyətdən bəhs edərkən sensasion açıqlama ilə çıxış edib. Deyib ki, dünən, yaxud əvvəlki gün Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin təmsilçisi Rusiya sülhməramlı kontingentinin komandanının iştirakı ilə görüş keçirilib. Rusiya XİN rəhbəri Laçın yolu ilə vağlı məsələlərin yaxın vaxtlarda həllini tapacağı barədə ehtimalını ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR