İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ermənistan arasında “süd müharibəsi” başlayır

“Ermənistan süd məhsullarının Rusiyaya ixracının bərpası üçün qarşı tərəflə danışıqları davam etdirir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin rəsmisi Anuş Arutyunyan bildirib.

Xatırladaq ki, Rosselxoznadzor (Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti) Ermənistanın baytarlıq xidmətinə aprelin 5-dən etibarən Rusiyaya süd məhsullarının tədarükünün ixracını dayandırılması xahişi ilə müraciət edib. Qeyd olunub ki, erməni istehsalçıları “Rosselxoznadzor”un məhdudiyyətlər tətbiq etdiyi İrandan xammaldan istifadə edirlər. Bu məsələyə münasibət bildirən Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Ermənistanda istehsal olunan süd məhsullarında İran xammalının olduğunu təsdiqləyib. “Bəzən süd, xama idxal edən şirkətlərə güzəştlər edirik. Avrasiya reyestrində olan İran təşkilatları var və onların süd kreminin idxalına icazə var, bu, həmçinin Rusiya Federasiyasına ixrac edilən məhsulda istifadə olunur”, - deyə erməni rəsmisi bildirib.

Erməni mediası isə məsələni siyasi adlandırmaqdan çəkinmir. Onlara görə, bu, Kremlin Paşinyan hökumətinə yeni təzyiq vasitəsi sayılır.

Qeyd edək ki, bu gündən Rusiyanın Ermənistanın süd məhsullarına qoyduğu qadağa qüvvəyə minir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR