Onlayn ictimai-siyasi qəzet
İSNA xəbər verir ki, İran hökuməti Livan Hizbullahının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra BMT Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, İsrailin Livana qarşı amansız addımlarının qətiyyətlə pislənilməsini istəyib.
Musavat.com bu barədə "Azad İran"a istinadən xəbər verir.
“Bu rejimin terror təcavüzü və davamlı cinayətlərinin araşdırılması üçün təcili iclas keçirin. Diplomatik və konsulluq məkanlarının toxunulmazlığının əsas prinsiplərini pozan istənilən hücum dözülməz olacaq”, - deyə İranın məktubunda vurğulanıb.
Qeyd olunub ki, İran beynəlxalq hüquqa uyğun olaraq, öz həyati milli və təhlükəsizlik maraqlarını müdafiə etmək üçün heç bir addımdan çəkinməyəcək.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ