Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən “Report”a bildirilib ki, “Turist olmağın vaxtıdır!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.
Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29 % endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.
Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il, uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il.
Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.
AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir: “Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ