İnsanlara hürriyət, millətlərə istiqlal!

Teslanın “Robotaxi” modelinin təqdimat tarixi açıqlandı

Teslanın çoxdan gözlənilən “Robotaxi” (robot taksi) modelinin təqdimat tarixi məlum olub.

Lent.az xəbər verir ki, şirkət artıq tədbirdə iştirak edəcək olan şəxslərə dəvətnamə göndərməyə başlayıb.

Məlumata görə 2025-ci ilin ortalarında Teslanın yeni elektrik avtomobilləri istehsal etmək niyyətində olduğu bildirilir.

Bütün resursları tam avtonom olan Tesla “Robotaxi” modelinə xərcləyən şirkət ucuz avtomobil istehsalı layihəsini dayandırıb.

Qeyd edək ki, şirkətin rəhbəri İlon Mask ötən aprel ayında verdiyi açıqlamada Teslanın “Robotaxi” modelinin avqustun 8-də təqdim ediləcəyini bildirsə də, belə bir tanıtım baş tutmamışdı.

Qeyd olunur ki, oktyabrın 10-da baş tutacaq rəsmi təqdimat üçün “We, Robot” (Biz robotuq) yazılan dəvətnamələr paylanmağa başlanıb.

Avtomobil xüsusi proqramla çağırılacaq. Səyahət, marşrut və hətta kondisioner parametrləri kimi idarələr bu proqram vasitəsilə izləniləcək.

Mask açıqlamasında avtomobil üçün mühüm dizayn dəyişikliyi tələb etdiyini və gecikmənin bu səbəblə baş verdiyini deyib.

Qeyd edək ki, bu günə qədər avtomobilin dizaynı ilə bağlı heç bir rəsmi görüntü paylaşılmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR