Onlayn ictimai-siyasi qəzet
“Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var. Qayınana, baldız, yeznə, kürəkən, xalaoğlu, bacıoğlu, bibioğlu, əmiqızı, dayıqızı, kirvə və sayra... Kimin toyu azalır deyir ki, qayınana haqqında mahnı oxuyum. O mahnını da gedib toyda oxuyum tutuzdurum”.
Bu sözləri müğənni Səidə Sultan qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Sənətçi toy məclislərinə tez-tez çağırılması üçün qohumlar haqda mahnı oxuyan həmkarlarını efirdə biabır edib:
“Heç bir ölkədə qohum-əqrabaya aid mahnı yoxdur. Qurana and içirəm ki, yoxdur. Bir tək bu bizdə var. Müğənnilər qayınana haqqında mahnı oxuyur ki, məclisdə qayınananın gözünə girsin və ya yeznə haqqında oxuyur ki, yeznənin gözünə girsin. Axı bu nə yanaşmadır? “Şəpətə-şüpətə” janrda oxuyan qız ifaçıları efirə çıxıb deyirlər ki, “Siz şou-biznes...”
Bu anda Səidə Sultanın mikrofonu efirdə söndürülüb. (Olay)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ