İnsanlara hürriyət, millətlərə istiqlal!

"Səninlə tanış olduğum günü lənətləyirəm" -Video

Teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovun üç övladının anası olduğunu iddia edən İrina Bolqar haqqında səsləndirilən şayiələrə reaksiya verib. 

Axşam.az xəbər verir ki, İrina sosial media hesabında Pavellə olan görüntülərini yayımlayaraq haqqında səsləndirilən yalanları təkzib edəcək dəlillərinin olduğunu bildirib. O, Pavellə necə tanış olduğundan yazıb:

"Səninlə tanış olduğum günü lənətləyirəm. 2012-ci ilin yayında məni yoqa üzrə mütəxəssis kimi Durovla tanış etdilər. O vaxt mən 14 ildən artıq idi ki, yoqa ilə məşğul olurdum və bu, mənim hobbim idi. Dostum mənə zəng etdi və Pavel Durovla görüşməyi təklif etdi. Durovun necə göründüyünü belə bilmirdim, ilk görüşümüzdən əvvəl onun şəklini quqlda axtarmalı oldum.

İlk görüşdən sonra yoqa ilə bağlı yenidən görüşməyə razılaşdıq. Söhbətlərimiz getdikcə başqa mövzulara çevrilirdi. Birlikdə çox vaxt keçirir, saatlarla söhbət edirdik. Beləcə dost olduq.

2012-ci ilin sonuna qədər dostluq münasibətlərimizi saxladıq, o zaman Pavel məni Dubaya qış tətilini onunla keçirməyə dəvət etdi. Bu səfərdə münasibətimiz sevgiyə çevrildi və biz cütlük olaraq Sankt-Peterburqa qayıtdıq.

Bir gün də ayrılmaq istəmədiyimiz üçün Pavellə hoteldə yaşadıq. 2013-cü ilin aprelində biz Venesiyaya uçduq və Avropanı gəzdik. O zaman Rusiyada polislə insidentdən sonra Durova qarşı cinayət işi açılmışdı. Lakin 2013-cü ilin yayında biz Sankt-Peterburqa qayıtdıq və şəhərin mərkəzində kirayə mənzildə məskunlaşdıq. 2017-ci ilə qədər orada birlikdə yaşadıq. Orada 3 övladımız dünyaya gəlib. Pavel həmişə çoxlu uşaq sahibi olmaq istəyirdi və bu arzu qarşılıqlı idi.

Pavel hətta 2021 və 2022-ci illərdə, ayrılmağımıza az qalmış daha çox uşaq sahibi olmaqda israr edirdi. Amma bu arzu mənim tərəfimdən artıq qarşılıqlı deyildi. Bundan imtina etdim.

Bu fotolar 2013-2021-ci illərdə Sankt-Peterburqda bir yerdə yaşadığımız və xarici ölkələrə səyahətlərimiz zamanı çəkilib".

İrina paylaşımlarının davam edəcəyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR