Onlayn ictimai-siyasi qəzet
İsrailin "Hizbullah" lideri Həsən Nəsrullahı öldürməsinin bəzi təfərrüatı məlum olub.
Bu barədə “Daily Mail”-ə adı açıqlanmayan İsrail rəsmisi danışıb.
O, Netanyahunun ABŞ-a səfərinin Nəsrullahı çaşdırmaq üçün hazırlanmış hiylə olduğunu bildirib: "Netanyahu Nyu-Yorkdan müdafiə naziri Yoav Qalanta zəng edərək Nəsrullahın yerləşdiyi ehtimal olunan binaların ağır raket atəşinə tutması təlimatını verib".
İsrail rəsmisi hücumlarının Netanyahunun ölkədə olduğu müddətdə əvvəlcədən planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu, Nəsrullahı Netanyahu səfərdə olarkən onun təhlükəsiz olduğuna inandırmaq üçün atılan addım olub./Publika.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ