İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya qarşı müharibəyə fələstinliləri cəlb edə bilər - maraqlı məlumat

Rusiya Ukraynaya qarşı davam edən müharibədə döyüşmək üçün gənc fələstinliləri cəlb edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Livan kəşfiyyatından aldığı informasiyaya söykənərək “The Media Line” portalı məlumat yayıb.

Saytın həmsöhbətinin sözlərinə görə, fələstinlilər bəzi rus təşkilatlarından 350 dollar alırlar. İşə qəbul Fələstin Administrasiyasının Livandakı səfirliyi ilə əlaqəli şəxslər tərəfindən həyata keçirilir.

Bundan əlavə, Livanın "Hizbullah" radikal qruplaşmasının da muzdluların cəlb olunmasında iştirak etdiyi yazılır. "Hizbullah" pilotsuz təyyarələri idarə etməyi bilən və şəhər ərazilərində partizan müharibəsi təcrübəsi olan fələstinliləri tapmağa kömək edir.

“The Media Line” saytının xəbərinə görə, Rusiya fələstinliləri cəbhə xəttinə göndərir. Qəzet iddia edir ki, ümumilikdə 300-ə yaxın şəxs ekspress təlimdən sonra savaş meydanına göndərilib. Daha 100 fələstinli müharibəyə getməyə hazırlaşır.

“The Media Line” muzdluların əksəriyyətinin Livanın Sidon liman şəhərinin cənubunda yerləşən ən böyük fələstinli qaçqın düşərgəsi olan “Eyn əl-Halva”dan toplandığını bildirir.

Portalın iddiasına görə, muzdlular Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın rəhbərlik etdiyi "Fəth" hərəkatının üzvləridir.

“The Media Line” informasiyasına əsasən, Rusiya Suriyada da muzdlu əsgərlər axtarır. Bu, xüsusən də “Vaqner” ÖHŞ tərəfindən həyata keçirilir. Onlarla yanaşı Suriya nizami qoşunlarının döyüşçüləri, ilk növbədə, Rusiyanın nəzarətində olan hərbi hissələrdən olan hərbçilər də Rusiya tərəfində Ukrayna ilə müharibəyə gedə bilər. Həmin şəxslər döyüş əməliyyatlarında iştiraka görə ayda 500-700 dollar alırlar ki, bu da Suriya standartlarına görə çox böyük maaş sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR