İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri həmsədrlərin gələcəyi ilə bağlı suala cavab vermədi

"Moskva heç vaxt ATƏT-in Minsk Qrupunun həmsədrlik formatında işləməkdən imtina etməyib".

AzVision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli mediaya verdiyi müsahibəsində deyib.

"Mən deməzdim ki, Rusiya bunu şübhə altına alır. Biz həmişə bu formatı dəstəkləmişik, orada fəal işləmişik və heç vaxt deməmişik ki, ondan imtina edirik. Nazirimizin (Sergey Lavrov-red.) dediyi kimi, problem bizim fransalı və amerikalı tərəfdaşlarımızın bu formatdakı mövqeyi ilə bağlıdır. Hansılar ki, indi Rusiya ilə həmsədrlik formatında işləməkdən imtina edirlər. Burada məsələ daha çox Rusiya ilə bağlı deyil", - Kopirkin söyləyib.

Səfirin sözlərinə görə, Qərb ölkələrinin bu məsələdə mövqeyi Rusiyanın iştirakı olan digər beynəlxalq formatlara yanaşmaya bənzəyir.

"Bu yanaşma əlbəttə ki, təəssüf doğurur. Çox təəssüf ki, bu halda region ölkələrinin sülh və təhlükəsizlik maraqları geosiyasi və digər ambisiyalara qurban verilir", - səfir vurğulayıb.

"Bu formatın gələcəyi varmı?" sualına isə Rusiya səfiri onun işinə mane olanlardan soruşmağı təklif edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR