İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Şahmat Federasiyasının FİDE-yə üzvlüyü bərpa olundu

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Etika Komissiyasının Apellyasiya Palatası qurumun Rusiya Şahmat Federasiyasının (RŞF) üzvlükdən məhrum edilməsi barədə qərarını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bununla da Rusiya tərəfinin müraciəti təmin edilib. Üzvlükdən məhrumetmə qərarı 45 min avro cərimə ilə əvəz edilib. Bundan əlavə, FİDE təşkilatın prezidenti Arkadi Dvorkoviçə RŞF-nin qəyyumlar şurasında iştirakına görə töhmət vermək qərarını ləğv edib.

RŞF iyunun 7-də FİDE-yə üzvlükdən məhrum edilib. Qadağa iki il davam etməli idi. Səbəb RŞF himayədarlar şurasına sanksiyalar altında olan şəxslərin daxil olması olub. Diskvalifikasiyaya FŞR-in Krımda turnirlər və tədbirlər keçirməsi də təsir edib. Sonuncu məqam isə siyasi neytrallığa əməl edilməməsi idi.

2023-cü ilin noyabrında FİDE Rusiya və Belarus şahmatçılarına təşkilatın bayrağı altında yarışmaq icazəsini uzadıb. Bu, artıq neytral statusda fəaliyyət göstərənlərə şamil edilir və 2025-ci il yanvarın 1-dək davam edəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR