Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun Zaporojye şəhərinə təşkil etdiyi növbəti hücum nəticəsində şəhərdəki sənaye müəssisələrindən birində yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Hücum zamanı şəhərdə hava hücumu siqnalı səslənib və təhlükə hələ də davam edir.
Hədəfə alınan obyektin hansı müəssisə olduğu açıqlanmır.
musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ