Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Suraxanı rayonu, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən duzlu gölə üz tutan insanların sayı artıb.
Bura kimisinə görə, "möcüzəli", kimisi üçün isə müalicəvi göldür.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün gölə girirlər. Ziyarətçilər bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkir, quruduqdan sonra isə yuyunurlar.
Vətəndaşlar bu gölün həm suyundan, həm də palçığından şəfa tapdıqlarını bildirirlər.
Həkimlər isə müalicə üçün yodlu gölə üz tutanlara diqqətli olmağı tövsiyə edirlər.
O da bildirilir ki, immun sitemi zəif olan şəxslərin bu göldən istifadəsi təhlükəli ola bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ