İnsanlara hürriyət, millətlərə istiqlal!

5 yunan əsilli şəxs saxlanıldı – Avtomobildən xəritələr və sənədlər tapılıb

KKTC-yə qanunsuz daxil olan 5 yunan əsilli şəxs saxlanıldı – Avtomobildən xəritələr və sənədlər tapılıb

Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) qanunsuz şəkildə keçən beş Yunanıstan vətəndaşı saxlanılıb. Onlar birinci dərəcəli hərbi qadağan zonanı pozaraq, immiqrasiya qaydalarını pozduqları üçün məhkəmə qarşısına çıxarılıb.

Polisdən verilən məlumata görə, G.G. adlı şəxs idarə etdiyi avtomobillə 19 iyul saat 16:00 radələrində Akyar quru sərhəd-keçid məntəqəsində müvafiq miqrasiya prosedurlarını keçmədən hərbi qadağan zonanı keçərək KKTC ərazisinə daxil olub.

Avtomobildə sərnişin kimi olan digər dörd nəfər – A.K. (kişi), A.K. (qadın), N.G. (qadın) və A.L. (kişi) də saxlanılıb.

Polis bildirir ki, avtomobildə aparılan axtarış zamanı bir sıra sənədlər və xəritələr aşkarlanıb. Hadisə ilə bağlı istintaq aparılır və saxlanılan şəxslər barəsində məhkəmə üç günlük həbs-qətimkan tədbiri seçib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR