İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz yaxın dostunu 40 dollara satan Silvester Stallone elə günlərə qalıb ki... - Rembonun acı hekayəsi

Musavat.com xəbər verir ki, Hollivudun əfsanəvi aktyoru, “Rambo” və “Rocky” filmlərinin ulduzu Silvester Stallone bir zamanlar aclıq və yoxsulluqla üz-üzə qalaraq sevimli itini – Butkusu – cəmi 40 dollara satmaq məcburiyyətində qalıb.

Stallone müsahibələrinin birində bu hadisəni belə xatırlayır:

“Pulum yox idi, yemək tapa bilmirdim. Butkus da mənim kimi ac qalırdı. Elə düşündüm ki, bəlkə onu alan kimsə ona yaxşı baxar. Ən azı o, tox qalar.”

Bu hadisə, onun məşhurluğa gedən yolunun nə qədər çətin və ağrılı olduğunu göstərir. Stallonenin həyatı uşaqlıqdan faciələrlə başlayıb: ata-anası onu sevməyib, üzünün bir hissəsi iflic olub, danışığında ciddi qüsurlar var imiş. Amma bütün bunlara baxmayaraq, o, məşhur aktyor olmaq istəyib və bu yoldan dönməyib.

O, bir gün ssenari yazır və həmin ssenariyə 250 min dollar təklif edirlər. Lakin razılaşmır, çünki ssenaridəki baş qəhrəmanı yalnız özü oynamaq istəyir. Halbuki o zaman vağzalda gecələyir, ac qalırdı. Lakin öz prinsipindən dönmür. 

6ec07c11-9367-489c-b8c6-959455fbcb5e.jpeg (111 KB)

Sevimli dostu Butkusu satdıqdan bir neçə gün sonra Stallonenin əlinə pul keçir. O, üç gün ərzində iti satdığı yerin qarşısında dayanaraq alıcını gözləyir. Nəhayət, onu görür və deyir:

“O mənim dostum idi. Xahiş edirəm, onu geri ver…”

Alıcı isə artıq bilir ki, Stallonenin imkanı artıb. Buna görə Butkusu yalnız 15 min dollara satacağını deyir. Stallone tərəddüd etmədən bütün pulunu verərək 40 dollara satdığı dostunu 15 min dollara geri alır.

Daha sonra isə taleyi dəyişir. 1 milyon dollara başa gələn “Rocky” filmi 250 milyon dollar gəlir gətirir. Filmin ilk hissəsində sevimli iti Butkus da rol alır – o artıq sadəcə dost deyil, əfsanəyə çevrilmiş bir xatirədir.

 

Elbəyi Həsənli hazırladı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR