İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN Xırdalanda yayılan görüntülərlə bağlı açıqlama yaydı

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun Musavat.com-a verdiyi məlumata görə, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar nümayiş etdirdiyindən ailə üzvləri binanın komendantını dəvət ediblər. Məqsəd baş verə biləcək mümkün insidentin qarşısını almaq olub.

Araşdırmalarla müəyyən olunub ki, görüntülərdə əks olunan şəxs hadisə zamanı hər hansı zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun sərxoş vəziyyətdə hüquqazidd davranışlarının qarşısı alınıb və həmin şəxs polis orqanına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR