İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp əfqan qaçqınların müdafiəsinə qalxdı: Deportasiyaya imkan verməyəcək

ABŞ Birləşmiş Ərəb Əmirlikləri hakimiyyətinin öz ölkələrinə qaytarmaq istədiyi əfqan qaçqınları müdafiə edəcək.

Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp özünə məxsus Truth Social hesabında qeyd edib.

Qeyd edək ki, BƏƏ 2021-ci ildə Taliban hakimiyyətindən qaçaraq ölkəyə sığınan əfqanları geri qaytarmağa başlayır. Just the news portalının məlumatına görə, artıq 32 nəfərdən ibarət ilk qrupun pasportları əllərindən alınaraq onlara Əfqanıstana deportasiya olunacaqlarına dair xəbərdarlıq edilib.

Tramp bu xəbərə işarə edərək “mən elə indidən başlayaraq onları xilas etməyə çalışacağam” yazıb.

BƏƏ rəsmiləri düşərgədə qaçqınlarla Taliban nümayəndələri arasında görüş də təşkil edib. Qaçqınlar isə hazırkı hakimiyyətin təqiblərindən qorxduqları üçün vətənlərinə qayıtmaqdan imtina edirlər.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri BƏƏ-dəki həmkarları ilə nə baş verdiyini anlamaq üçün danışıqlar aparır və deportasiyaları dayandırmağa çalışırlar.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR