Onlayn ictimai-siyasi qəzet
Donald Tramp prezident kimi altı ayını qeyd edib.
Musavat.com xəbər verir ki, o, özünün Truth Social hesabında paylaşım edərək Amerika Birləşmiş Ştatlarının indi dünyanın "ən isti" və ən hörmətli ölkəsi olduğunu bildirib: "Vay, vaxt necə də uçur! Bu gün mənim ikinci səlahiyyət müddətimin altı ayı tamam olur. Əsas odur ki, bu dövrü istənilən prezidentin ən əlamətdar dövrlərindən biri adlandırılır".
Amerika liderinin sözlərinə görə, bu müddət ərzində onun administrasiyası çoxlu yaxşı və “əzəmətli” işlər görməyə, xüsusən də dünyada “çoxsaylı müharibələrə” son qoymağa nail olub. Eyni zamanda o, əlavə edib ki, bir il əvvəl “ölmüş, dirçəlməyə demək olar ki, ümidi olmayan” böyük bir ölkəni tam dirçəltmək üçün altı ay o qədər də çox vaxt deyil: "Bu gün Amerika Birləşmiş Ştatları dünyanın ən qaynar və ən hörmətli ölkəsidir. Yubileyiniz mübarək!"
Amerikalı siyasətçi dəfələrlə özünü sülhməramlı adlandırıb və Ukraynadakı müharibə də daxil olmaqla, tammiqyaslı müharibələri dayandırmağa qadir olduğunu iddia edib. O, özünü “böyük sövdələşmələr” etməyə və III Dünya Müharibəsinin qarşısını almağa qadir olan lider kimi təqdim edir.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ