İnsanlara hürriyət, millətlərə istiqlal!

“O vaxtlar toylar başqa cür idi...” – Nardaran sakini unudulan adət-ənənələrdən danışdı - VİDEO

"O vaxtlar" rubrikasının budəfəki qəhrəmanı Nardaran sakini Nöhbala Rəhimov olub.

O, qədim adət-ənənələrimizin unudulmasından gileylənib:

"O vaxtlar çox gözəl adət-ənənələrimiz var idi. Toylarda gəlin aparılanda uşaqlar yolu kəsərdilər. Gəlin gətirən karvan onlara şabaş verərdi. Həmin günün özəlliyini təkcə ev sahibləri deyil, bütün məhəllə, qohum-qonşular da yaşayardılar. Amma indi belə bir şey yoxdur. Toylar hansısa şadlıq evində keçirilir, gəlinlə bəyin gəlib-getməsindən heç kimin xəbəri olmur. İndi o adətlər üçün çox darıxırıq".

Nardaran sakini həmçinin "həci" sözünün dəyərdən düşməsindən də narazılığını bildirib:

"İndi bəzi şəxslər vəzifə və pullarından istifadə edərək Həcc ziyarətinə gedirlər, lakin müqəddəs əməlləri yerinə yetirmirlər. Belə qazanılan "həci" adı ilə heç yerə çatmaq olmaz".

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR