İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun düşdüyü BİABIRÇI VƏZİYYƏT - Şoyqu uğursuz oldu, Putin isə...

Məlum olduğu kimi, Rusiya Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün demək olar ki, bütün gücünü səfərbər edib.

Musavat.com xəbər verir ki, Baxmut uğrunda şiddətli döyüşlərin getdiyi bir vaxtda zamanı Rusiyadan diqqətçəkən bir açıqlama gəlib.

"Newsweek"də yer alan xəbərə görə, Ukraynanın şərqindəki Donbas bölgəsindəki münaqişədə əsas rol oynayan rus komandir İqor Qirkin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya hərbi komandanlığını hədəf alıb. O, Şoyqunun rus qoşunları üçün döyüş sursatlarının sayını artırmaq barədə açıqlamasına olduqca sərt reaksiya verib.

Şoyqu və digər hərbi rəhbərləri “axmaq” adlandıran Qirkin əlavə edib ki, onlar nə danışdıqlarını bilmirlər.

girkin.jpg (60 KB)

O, Şoyqunun Rusiya qüvvələrinə ciddi köməklik göstərmədiyini deyib və artıma baxmayaraq, cəbhədəki əsgərlərin hələ də kifayət qədər silah-sursata sahib olmadığını iddia edib.

Qirkin vurğulayıb ki, Rusiya hakimiyyətinin müharibənin plan üzrə getdiyinə dair bəyanatlarını rus xalqı “udmağa” davam edəcək və son olaraq hakimiyyətin irəliləyiş iddialarına baxmayaraq, müharibənin niyə davam etdiyi sorğulanacaq.

Bu iddia “Putinə xəbərdarlıq” kimi şərh edilib.

Qeyd edək ki, Qirkin daha əvvəl Rusiya silahlı qüvvələrinin əllərində olan şəxsi heyətlə idarə edə bilmədiyini vurğulamışdı: “Bu səbəbdən prezidentimiz xüsusi hərbi əməliyyatları idarə etməkdən tamamilə geri çəkilib və bu tapşırığı ordusunu zəif hazırlamış müdafiə naziri Şoyquya həvalə edib”.

Rusiyanın hərbi səylərini "tam uğursuzluq" kimi xarakterizə edən Qirkin məsuliyyəti Müdafiə Naziri və komandanlığın üzərinə atıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR