İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukraynada yeni taktika tətbiq edir - TƏFƏRRÜAT

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Syrski bildirib ki, Rusiya qoşunları Pokrovski, Dobropol və Novopavlovsk istiqamətlərində “total sızma” taktikasından və arxa cəbhədə diversiya əməliyyatlarından istifadə edərək təzyiqlərini gücləndirir.

Musavat.com xəbər verir ki, Baş Komandan qeyd edib ki, düşmən əsas strateji qruplaşmaları ələ keçirmək və Ukrayna müdafiəsində zəif nöqtələr tapmaq üçün bir neçə istiqamətdə aktiv döyüşlər aparır.

Syrski əlavə edib ki, Rusiya qoşunları Pokrovska diversiya və kiçik piyadalar qrupları ilə nüfuz etməyə çalışsa da, bu qruplar vaxtında zərərsizləşdirilir.

Bununla mübarizə məqsədilə xüsusi antidiiversiya ehtiyatları yaradılır, onların əsas vəzifəsi düşmənin diversiya-kəşfiyyat qruplarını aşkar edib məhv etməkdir.

Baş Komandan şənbə günü Pokrovski istiqamətində xidmət edən Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya bölmələrinin bütün komanda məntəqələrini ziyarət edib, həmçinin dron qüvvələrinin, korpus və briqadaların komandirləri ilə görüşlər keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR