Onlayn ictimai-siyasi qəzet
“Rusiyada son qərarın erməni miqrant işçiləri necə hiddətləndirdiyini hamımız gördük. Buradan görünür ki, Rusiya lazım gələrsə, Ermənistana qarşı iqtisadi cəhətdən hər şeyi edə, onlarla miqrantı təyyarədə Ermənistana geri göndərə bilər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Argişti Kiviryan tərəfindən səslənib.
“Rusiya Ermənistan üçün qazın qiymətini bir neçə dəfə artıra bilər. Onların ümidi ucuz Azərbaycan qazınadır və Azərbaycan qazının qiyməti necə olacaq, bu haqda fikirləşiblərmi? Heç kim Qərblə münasibətləri kəsməkdən danışmır, biz onunla münasibətləri daim dərinləşdirməyə çalışmalıyıq, lakin bu, regionda əsas oyunçuların - Rusiya və İranın heçə sayılması hesabına olmamalıdır. Bunun xərci ağırdır. Rusiya və İranın maraqlarını nəzərə alın, sonra kiminlə istəyirsiniz, münasibətləri dərinləşdirin”, - deyə Kiviryan bildirib.
“Rusiya Ermənistana hansı ziyanı vura bilər?” sualına politoloq belə cavab verib:
“Moskva bütün təhlükəsizlik yastıqlarını yığışdırsa, Ermənistan bunun nəyə gətirib çıxaracağını anlamır. Yaxşı və ya pis, bu hava yastıqları işləyir. İranla da belədir. Elə bilirsiz Azərbaycan qoşunları Aİ müşahidəçilərindən çəkinir və ona görə də bu əraziyə daxil olmurlar? Ruslar bunu Ermənistan üçün etmir, onlar onsuz da buraları öz əraziləri hesab edirlər. Amma Ermənistan ruslara qarşı çıxsa, Paşinyan Qərbin sərt bəyanatlarının hansı dəyərinin olduğunu görəcək”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ