İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Norveçlə sərhədə nüvə bombası daşıyan təyyarələri yerləşdirib –-FOTOLAR

Rusiya Norveçlə sərhddəki Kola yarmadasında öz aviabazasında nüvə yükü daşıya biləcək strateji bombardmançı təyyarələri yerləşdirib.

Azpost.info bildirir ki, bu barədə Norveçin “Faktisk” nəşri “Planet Labs” şirkətinin sputnikdən çəkdiyi şəkillərə istinadən məlumat yayıb.

Oktyabrın 7-si tarixinə olan fotoda bazada yeddi Tu-160 və dörd Tu-95 bombardmançı təyyarənin yerləşdirlidiyi görünür.

Sentyabrın 30-da Norveçlə sərhədə təyyarələrin göndərilməsi barədə “Yerusəlim Post” qəzeti də yazıb. O zaman təyyarələrin sayı 7 ədəd olub.

Adətən bu təyyarələr Moskvadan 720 kilometr məsafədə olan Engels hava bazasında saxlanılır. Hərbi ekspertlərin fikirncə, bu manevr ənənəvi “İldırım” payız təlimləri ilə bağlı ola bilər. Başqa ekspertlər isə hesab edir ki, bu yerdəyişmə Putinin nüvə hədələrinin tərkib hissəsi ola bilər.

Norveçli hərbi ekspert Lars Peder Xaqa xatırladıb ki, sonuncu dəfə Rusiya nüvə təlimlərini bu ilin fevralında -Ukraynaya müdaxilənin başlanmasından iki gün əvvəl keçirib. “Bu, məsələyə qarşımamaq barədə Qərbə edilən xəbərdarlıq idi”-deyə ekspert bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR