İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: "Ukrayna ordusu Krıma..."

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin desant bölməsinin Krım yarımadasının ərazisinə daxil olmağa cəhd etdiyini, amma bu əməliyyatın qarşısının alındığını açıqlayıb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Ukrayna əsgərlərinin gecə saatlarında Krıma girməyə cəhd etdiyi vurğulanır.

Açıqlamaya əsasən, Qara dənizin şimal-qərbindəki Tarxankut burnuna doğru irəliləyən Ukrayna Silahlı Qüvvələrinin desant bölməsinin üzvlərinə Krım ərazisinə daxil olmaq istəyərkən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, sürətli hərbi katerlər və 3 dəniz motosikleti vasitəsi ilə müqavimət göstərilib.

Məlumatda o da qeyd olunur ki, Ukrayna hücuma keçməzdən əvvəl və hücum zamanı kamikadze dronlarla zərbələr də endirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR