İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Ukrayna arasında "Milad atışması" - Peskov Zelenskiyə NƏ CAVAB VERDİ?

Ukrayna prezidenti Volodimir Zelenski ilə Kreml Sarayı arasında xristian aləmində ayın sonunda qeyd olunacaq "Milad atışması" yaşanıb.

Musavat.com xəbər verir ki, Zelenski G7 ölkələrinin liderləri ilə videokonfrans formatında keçirilən görüşdə Kremlə mesajlar göndərib.

“Əgər (Rusiya lideri) Putin, həqiqətən, sülh istəyirsə, bunu sübut etməlidir. Əgər Rusiya rəhbərliyi niyyətinin qonşu dövlətlərin torpaqlarını işğal etmək olmadığını göstərmək istəyirsə, dünyaya, özünə və Ukraynaya Milad hədiyyələri etməklə əsgərlərini yeni ilə qədər ölkəmizdən çıxarmalıdır. Əgər o bu addımı atmasa və ölkəmizin infrastrukturunu məhv etməyə davam etsə, biz artıq qaranlıqda da işğalçı düşmən qüvvələrini vuracağıq” - Ukrayna lideri deyib.

Kremlin sözçüsü Dmitriy Peskov Zelenskiyə cavab verib.

“Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatı yeni ilə qədər bitirməsi mümkün deyil. Bu istiqamətdəki təkliflər danışılası bir şey deyil. Hərbi əməliyyatlar davam edir”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR