İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə İran qarşılıqlı ticarəti 50 faizə yaxın artırıblar

2024-cü ilin birinci rübündə Rusiya ilə İran arasında qarşılıqlı ticarət dövriyyəsi illik müqayisədə 48 faiz artıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novakın İranın neft naziri Cavad Oudji ilə görüşündən sonra məlumat açıqlanıb.

Məlumata əsasən üç ayda Rusiyadan İrana ixrac 77 faiz, İrandan idxal isə 13 faiz artıb.

Novak Rusiyanın energetika naziri Sergey Tsivilevi İranla ticarət-iqtisadi əməkdaşlıq komissiyasının Rusiya tərəfindən yeni sədri kimi təqdim edib.

Görüş zamanı qarşılıqlı-iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR