İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi kontingeti erməni adlarından əl çəkmir

Qarabağın Şuşa rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.

Musavat.com bildirir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin 1 aprel tarixli məlumat bülletenində məlumat verilib.

“Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı araşdırma aparır”-məlumatda bildirilir. Amma bu dəfəki məlumatda da erməni separatçıların təxribatının üstündən sükutla keçilib. Rusiya hərbi kontingenti növbəti dəfə toponimlərimizi təhrif edib.

“Martuni, Mardakert və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib”-bildirilir. Eyni zamanda “Humanitar yük daşıyan karvan Gorus-Stepanakert marşrutu üzrə müşayiət olunub”-əlavəsi əksini tapıb.

İddia olunub ki, Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazilərin minalardan təmizlənməsini davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR