İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi kəşfiyyatının yeni binasının tikintisində külli-miqdarda yeyinti aşkarlanıb

Moskva polisi Rusiya hərbi kəşfiyyatına bağlı obyektlərin itikintisi zamanı mənimsəmə faktları aşkar edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, söhbət Moskva vilayətində raket hücumuna qarşı xəbərdarlıq sisteminin komanda məntəqəsinin, habelə xüsusi təyinatlılar bazasının tikintisi və təmiri üzrə müqavilələrdən gedir. Ehtimallara görə, həmin müqavilələr vasitəsilə dövlətdən yüz milyonlarla rubl oğurlanıb.

“Kommersant! qəzetinin informasiyasına görə, cinayət işi hərbçilərin müraciəti əsasında başlanıb. 2014-2015-ci illərdə onlar “Serpuxov-15” kəndində “Oko” raket hücumundan xəbərdar üzrə mərkəzi komanda məntəqəsinin və Solneçnoqorskda xüsusi təyinatlıların təlim-məşq bazası, habelə dalğıclar üçün təlim kompleksinin yerləşdiyi obyektin tikintisi üçün müqavilələr imzalayıblar.

Obyektlər “açar təhvil” əsasında istifadəyə verilməli idi və bunun üçün 659 milyon rubl (təqribən 9 milyon 600 min ABŞ dolları) ayrılıb. İnşaatçılar nazirlikdən ən azı 319 milyon rubl alıblar. Bununla belə, işlər yarımçıq görülüb.

Hərbçilər bu səbbədən tikinti ilə məşğul olan “Texenergoproekt” şirkətindən 412 milyon rubl borc və cərimələr toplamağa çalışıblar. Lakin məhkəmə bu tələbləri rədd edərək iddiaçıları Dağıstan arbitraj məhkəməsinə göndərib. Hazırda həmin şirkət iflas ərizəsi ilə Dağıstan məhkəməsinə müraciət edib.

“Kommersant”ın yazdığına görə, “Texenerqoproekt” Dağıstanın Manaskent adlı kəndində qeydiyyatdan keçib. Nəşrin məlumatına görə, bu şirkət təkcə Müdafiə Nazirliyi və Moskva hökumətindən şirkət 1,6 milyard rubldan (təqribən 24 milyon dollar) çox sifariş portfeli alıb. Onun obyektlərindən heç olmasa birinin inşa edilib-edilmədiyi barədə məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR