İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hakimiyyəti Peterburqdakı terror hadisəsini Navalnının üzərinə yıxmağa çalışır?

Rusiya İstintaq Komitəsi aprelin 2-də Sankt-Peterburqda kafedə baş verən partlayışla bağlı şübhəlinin həbs edildiyini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 26 yaşlı peterburqlu Darya Trepovanı “ümumi təhlükəli üsulda adam öldürmək” ittihamı ilə 25 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Vasilyevski adasındakı kafedə axşam saat altı radələrində müharibə tərəfdarı olan bloger Vladlen Tatarskinin (Maksim Fomin) oxucularla görüşü zamanı partlayış baş verib. Həmin insidentdə Tatarski həlak olub, 30-a yaxın adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

İstintaqın məlumatına görə, şübhəli şəxs kafeyə içərisində partlayıcı qurğu quraşdırılmış heykəlcik olan qutunu gətirib və Tatarskiyə verib. Trepova ərinin tanışının Sankt-Peterburqun şimalındakı Vıborqski rayonunda kirayədə qaldığı mənzildə saxlanılıb.Onun Özbəkistana uçmaq üçün bileti olduğu iddia edilir.

Kafedə baş verən partlayışdan sonra ictimai təhlükəli üsulla qətillə bağlı cinayət işi başlanıb. Rusiyanın Milli Antiterror Komitəsi Tatarskiyə qarşı sui-qəsdin Ukrayna xüsusi xidmət orqanları tərəfindən, Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyya qarşı mübarizə fondunun əməkdaşlarından biri vasitəsilə planlaşdırıldığını bildirib. Bu iddialar üçün heç bir sübut təqdim edilmir.

Korrupsiyaya qarşı mübarizə fondunun direktoru İvan Jdanov fondun “terrorla məşğul olmadığını”, əksinə qətlin arxasında Federal Təhlükəsizlik Xidmətinin ola biləcəyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR