İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Çinlə münasibətlərin davamlı inkişafında maraqlıdır" - Lavrov

“Rusiya, Çin və onların həmfikirləri çoxqütblü və ədalətli dünya nizamına doğru birlikdə hərəkət edəcəklər”. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə görüşdə deyib.

"Biz beynəlxalq münasibətlər tarixində çox ciddi bir mərhələdən keçirik. Əminəm ki, bu mərhələ nəticəsində beynəlxalq vəziyyət əhəmiyyətli dərəcədə aydınlaşacaq və biz sizinlə, digər həmfikirlərimizlə birlikdə çoxqütblü, ədalətli, demokratik dünya nizamına doğru hərəkət edəcəyik”, - Lavrov söyləyib.

Qeyd edib ki, Rusiya Çinlə münasibətlərin davamlı və ardıcıl inkişafında maraqlıdır.

Rusiyalı nazir iki ölkə liderləri arasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün konkret addımların atılmasının müzakirə olunacağını da vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR