İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aviasiyasında ciddi böhran: “Airbus” pilotları məzuniyyətə göndərilir

"Rossiya” Hava Yolları şirkəti “Airbus” təyyarələrində uçan pilotlarının üçdə birini qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.

Musavat.com xəbər verir ki, bu barədə"Kommersant" qəzeti məlumat yayıb. Şirkətin kadrların idarə edilməsi üzrə direktor müavininin əmrində deyilir ki, belə bir qərar fövqəladə hallar səbəbindən kütləvi ixtisarların qarşısını almaq üçün verilib. Bununla aviasiya rəhbərliyi Avropa istehsalı olan təyyarələrin ehtiyat hissələrinə qənaət etməyi planlaşdırır.

“Kommersant”ın şirkətdəki mənbəsinin sözlərinə görə, pilotlar gələn il yanvarın 1-dən martın 31-dək aylıq fasiləyə göndəriləcək və onlara maaşlarının üçdə ikisi köçürüləcək.

Həmkarlar ittifaqları bu qərarın yalnız "Airbus" pilotlarına şamil olunmasını ayrıseçkilik adlandırıblar. Pilotlar İttifaqının sədri Oksana Vlasenkonun sözlərinə görə, “Airbus” təyyarələrdə uçuş müddəti “Boeing” pilotlarının uçuş vaxtı ilə müqayisədə heç də az deyil.

"Rossiya Hava Yolları"nın donanmasına müxtəlif tipli 31 Boeing və 26 Airbus təyyarəsi daxildir, onlardan dördü artıq havaya qalxa bilmir.

Şeremetyevo Pilotlar İttifaqının prezidenti İqor Deldyuzovun sözlərinə görə, “Aeroflot” da Airbus təyyarələri ilə həyata keçirilən uçuşların sayını azaldır. Onun bildirdiyinə əsasən, “Boeing” üçün hissələrin tapılması daha asan olduğu üçün hələ ki ABŞ istehsalı təyyarələrin uçması mümkündür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR