İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 37-ci ilə qayıtdı - 6-cı sinif şagirdi gündəm oldu

Rusiyanın Tula vilayətinin Yefremov şəhər sakini Aleksey Moskalyov həbs edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun qızı ötən ilin yazında məktəbdə müharibə əleyhinə rəsm çəkib. Bu barədə mətbuata hüquq müdafiəçisi Marina Litvinoviç məlumat verib. Onun sözlərinə görə, Moskalyovun evində axtarış aparılıb. Ailənin əlindən bütün pulları alınıb.

“Spektr” portalının yazdığına görə, atası saxlanılandan sonra qız evdə tək qalıb. Bundan əlavə, jurnalistlərin sözlərinə görə, polis Moskalyovun ailəsini dəstəkləyən könüllünün evinə gedib. Onun evində axtarış aparılmasının səbəbləri məlum deyil.

Bu ilin fevral ayının sonunda “Spektr” və “OVD-İnfo” saytları ötən ilin sonunda “Odnoklassniki” sosial şəbəkəsindəki yazıya görə “Rusiya ordusunun gözdən salınması” maddəsi ilə bağlı Moskalyova qarşı cinayət işi açıldığını xəbər etmişdi. Onun yazısı övladının çəkdiyi rəsmə görə məktəbə çağırıldıqdan sonra polisin diqqətinə düşüb.

Məktəbli qızın “günahı” Ukrayna bayrağının yanında dayanan və uşağını Rusiyadan uçan raketlərdən qoruyan bir qadını təsvir etməsi olub. Bundan sonra ötən əsrin 37-ci ilini xatırladan proses baş verib. Rəsm müəllimi şəkli götürüb və bu barədə təhsil müəssisəsinin direktoruna məlumat verib. Ertəsi gün altıncı sinif şagirdinin atasını məktəbə çağırıblar. Ora gələn polislər ata və qızı şöbəyə aparıblar. Orada Moskalyova qarşı protokol tərtib edilib. Məhkəmə atanı 32 min rubl məbləğində cərimələyib.

Polis əməkdaşlarının ziyarətindən bir gün sonra bu dəfə Federal Təhükəsizlik Xidmətinin əməkdaşları məktəbə gələrək Moskalyovla “profilaktik söhbət aparıblar”. Atanın sözlərinə görə, məxfi xidmət əməkdaşları ona “qızını səhv böyütdüyünü” deyiblər. Üstəlik, məktəblinin yanında qızını aparıb atasını da həbsxanaya göndərəcəkləri ilə hədələyiblər. Moskalyov bundan sonra bir dəfə də FTX-nin yerli idarəsinə götürülüb və orada döyülüb. Həm qızının çəkdiyi rəsmə, həm də “Odnoklassniki” saytındakı şərhə görə onu 3 ilə qədər həbs gözləyir.

Musavat.com

WhatsApp Image 2023-03-01 at 14.03.39.jpeg (117 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR