İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus milyarder bu çağırışı edənləri demaqoq adlandırdı

Rusiyanın ən zəngin sahibkarlarından biri, ABŞ və Böyük Britaniyanın sanksiyaları altında olan Vladimir Potanin Ukraynada müharibə başlayandan sonra ölkəni tərk edən rusların əmlakının müsadirə olunmasına, eləcə də Rusiyanı tərk edən xarici şirkətlərin milliləşdirilməsinə qarşı çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Potanin bununla bağlı verdiyi müsahibədə aktivlərin müsadirəsini oğurluğun gizli və ya aşkar forması adlandırıb. Onun sözlərinə görə, bu addım ölkədəki investisiya mühitini məhv edir.

Vladimir Potanin həmçinin ölkəni tərk edən rusların əmlakının müsadirə edilməsi planlarını pisləyib və savaşa qarşı çıxan insanların inanclarına hörmətlə yanaşmağı tövsiyə edib. Onun fikrincə, gedən kadr potensialı xarici şirkətlərin işinə yarayacaq. Potanin proqramçıların getməsi ilə bağlı danışıb və Rusiyanın özünün proqram təminatının sadəcə 20%-ni doldura bildiyini xatırladıb. “Qalan boşluğu doldurmaq üçün bizim gedənlərə ehtiyacımız var”, - deyə o qeyd edib.

Potanin Ukraynaya qarşı müharibə başlayandan sonra ölkəni tərk edən rusların əmlakının müsadirə edilməsi təkliflərini “demaqoqiya” adlandırıb.

Xatırladaq ki, yanvar ayının ortalarında Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin ölkədən çıxan və Ukraynadakı müharibə əleyhinə olan Rusiya vətəndaşlarının əmlakının müsadirəsini təklif edib. Onun bu təklifi Federasiya Şurasının nüfuzlu üzvü Andrey Klişas tərəfindən də dəstəklənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR