İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüfət Quliyev: “Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin...”

Deputat Rüfət Quliyev Milli Məclisdəki müzakirələrdə valyutadəyişmə məntəqələri ilə bağlı narahatlığını bölüşüb.

Musavat.com xəbər verir ki, deputatın sözlərinə görə, artıq üçüncü ildir bu mövzuda çıxışlar edir, amma hələ də sualına cavab tapa bilməyib.

R.Quliyev bildirdi ki, ölkədə fəaliyyət göstərən belə məntəqələrin bağlanması ölkə vətəndaşlarına, həmçinin turistlərə problemlər yaradır:

“Vaxtilə 3-5 min qanuni əsaslarla işləyən valyuta mübadilə məntəqələri var idi. İndi bu məntəqələr işləmir, valyuta mübadiləsi imkanları bankların səlahiyyətinə verilib. Amma bazar və bayram günləri banklar işləmir. Başa düşürəm, istirahət edirlər. Amma belə vəziyyət xaricdən gələn qonaqlara, həmçinin vətəndaşlarımıza problemlər yaradır. Xahiş edirəm aydınlıq gətirilsin, valyuta mübadilə məntəqələri nə zaman açılacaq?”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR