İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio Rusiyanı təhdid etdi: "Dəfələrlə xəbərdarlıq etmişik, sanksiyalar gələcək"

Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Konqresi tezliklə anti-Rusiya sanksiyalarını sərtləşdirə bilər.

Musavat.com xəbər verir ki, bunu CBS News telekanalına müsahibəsində dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, ABŞ administrasiyası bu barədə Rusiyaya xəbərdarlıq edib.

Ondan Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsinə dair Konqresdə hazırlanan birgə qanun layihəsinin təsdiqlənməsinin mümkünlüyünə münasibət bildirmək istənilib: "Biz Konqresdən danışıqlarımızda Ukrayna üzrə hər hansı irəliləyiş əldə edə biləcəyimizi görmək üçün bir müddət vaxt verməsini xahiş etdik. Amma biz altı-yeddi həftə əvvəl Rusiya tərəfi ilə də kifayət qədər aydın danışdıq, Rusiya tərəfinə Konqresdə bu səylərin davam etdiyini bildirdik. Biz demək olar ki, iki aya yaxındır ki, Rusiyaya dəfələrlə xəbərdarlıq edirik ki, Ukraynada sülhlə bağlı irəliləyiş olmazsa, bu baş verəcək. Ona görə də hesab edirəm ki, bu, indi reallığa çevrilir".

O, qərarın Konqres tərəfindən veriləcəyini vurğulayıb. Dövlət katibi əlavə edib ki, bu təşəbbüs ABŞ qanunvericilik orqanının hər iki palatasında əhəmiyyətli dəstəyə malikdir: "Bunlar bizim dayandıra bilmədiyimiz və nəzarət etmədiyimiz səylərdir. Nəhayət, Konqres, xüsusən də Nümayəndələr Palatasında və Senatda çoxluqda olan Respublikaçılar prezidentə Ukrayna üzrə razılığa gəlmək üçün vaxt verməyə çalışdılar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR