İnsanlara hürriyət, millətlərə istiqlal!

“Roskomnadzor”dan uşaq pornoqrafiyası ilə bağlı sərt addım

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) 2023-cü ilin ikinci rübündə 130 mindən çox internet səhifəsini bloklayıb və ya silib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Federal Xidmət Ukraynada aparılan işğalçı müharibə ilə bağlı 26,2 min hesaba girişi məhdudlaşdırıb.

Bu isə əvvəlki rüblə müqayisədə 15% çoxdur. İntihar, uşaq pornoqrafiyası və yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə cəlb edilməsi ilə bağlı bloklanmış saytların ümumi sayı 20,6 mini belə keçmir.

“Roskomnadzor”un hədəfində olan digər platforma qumar saytlarıdır. Təkcə bu ilin birinci yarısında 27 min onlayn mərc və qumar səhifələrinə giriş yasaqlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR