İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo üçün 780 min dollarlıq eksklüziv saat hazırlanıb - FOTO

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo üçün eksklüziv saat hazırlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, saatı dəbdəbəli saat istehsalçısı "Jacob & Co" yaradıb.

"Caviar Flying Tourbillon" adlanan saat qranat daşlarının ən bahalısı olan parlaq yaşıl savoritlər ilə bəzədilib.

Savoritlərə təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar.

Ronaldonun saatında bu daşlardan 300 ədədi yer alıb.

Eksklüziv saat modelinin qiyməti təxminən 780 min dollardır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR