İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ Mbappe ilə bağlı daha bir bəyanat yaydı

PSJ rəhbərliyi Mbappe məsələsi ilə bağlı daha bir bəyanat yayıb.

Klub rəhbərliyi məhkəmədə mövqelərini müdafiə edəcəklərini və “Real Madrid”in hücumçusu Kilian Mbapeyə olan borcunu ödəmək niyyətində olmadıqlarını bildirib.

“PSJ-nin mövqeyi qanunla əsaslandırılandan kənara çıxır. Bu, həm də dürüstlük, dəyərlər və hər hansı bir oyunçudan daha vacib olan Paris klubuna və onun azarkeşlərinə hörmət məsələsidir”, – PSJ rəhbərliyi AS EFE-yə bildirib.

Fransız futbolçu PSJ-ni məhkəməyə verib, çünki klub “Real”a keçənə qədər son 3 ay ərzində ona 55 milyon avro ödəməyib. PSJ rəhbərliyi futbolçu ilə Nasser Əl-Xelaifi arasında ödənişlərlə bağlı şifahi razılığın olduğunu iddia etsə də, bu fakt heç nəyi sübut etmir./Publika.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR