İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi tarixə düşüb

Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldo millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb.

"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bunu ötən gün UEFA Millətlər Liqasının 1/4 finalında Portuqaliyanın Danimarkaya qarşı cavab matçında həyata keçirib.

Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra K.Ronaldo karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.

Qeyd edək ki, əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR