Onlayn ictimai-siyasi qəzet
Futbolçu Kriştianu Ronaldo klubu ilə 2027-ci ilə qədər müqavilə imzalamaq istədiyi barədə "Əl-Nəsr" rəhbərliyinə məlumat verib.
Musavat.com forbes.ru-ya istinadən xəbər verir ki, media oyunçunun Səudiyyə komandasında karyerasını bitirmək niyyətində olduğunu yazır.
Jurnalist Əli Əl-Hərbinin sözlərinə görə, portuqaliyalı forvard qarşıdakı Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün Portuqaliya millisinə yola düşməzdən əvvəl kluba planları barədə məlumat verib. Ronaldo 2026-cı il dünya çempionatında “Əl-Nasr”ın futbolçusu kimi oynamaq və peşəkar karyerasını bitirmək istəyir.
Ronaldonun 38 yaşı var. 2022-ci ilin dekabrında o, azad agent kimi “Əl-Nasr” ilə müqavilə imzalayıb. Onun klubla hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Bu mövsüm o, 11 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə o, Səudiyyə klubunun heyətində 30 matçda oynayıb, 25 qol vurub və 8 məhsuldar ötürmə edib. Avqustda forvard “Əl-Nasr” çərçivəsində ilk kuboku – Ərəb Çempionlar Kubokunu qazanıb.
Portuqaliyalı ulduz beş dəfə "Qızıl top"un sahibi olub, beş dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. O, karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ