Onlayn ictimai-siyasi qəzet
"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo Tayson Fyuri və Aleksandr Usik arasında ağır çəkidə dünya çempionu titulu uğrunda keçirilən döyüşə qatılıb.
39 yaşlı portuqaliyalı son 20 ilin ən böyük boks qarşıdurmasını qaçırmayıb. Görüşün portuqaliyalı superulduzun hazırda yaşadığı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilməsi buna xüsusi səbəb olub.
Ronaldo 13 yaşlı oğlu Kriştiano Junior ilə birlikdə döyüşü izləyib. Onlar boks gecəsinə 400 min funt sterlinq dəyərində olan "Ferrari Purosangue" avtomobili ilə gəliblər. Superulduzun 3,350 funt dəyərində olan idman geyimi və 1,2 milyon funt-sterlinq dəyərində brilyant qaşlı saatı da diqqətdən yayınmayıb.
Kriş boks gecəsində ön tribunada, ağır çəkidə sabiq dünya çempionu Entoni Coşuanın yanında əyləşib. "Əl-Hilal"da çıxış edən Neymar da tədbirin qonaqları arasında olub. Braziliyalı futbolçu döyüş başlamazdan əvvəl Ronaldonun yanına gedərək onunla görüşüb və söhbət edib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Aleksander Usik Tayson Fyurini məğlub edərək, ağır çəkidə mütləq dünya çempionu olub./Publika.az/
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ