Onlayn ictimai-siyasi qəzet
Dünya şöhrətli futbolçu Ronaldinyonun Azərbaycana səfəri ilə bağlı hər gün bir video yayılır və çox maraqla qarşılanır.
Musavat.com-un təqdim etdiyi növbəti növbəti videoda o, Azərbaycan mətbəxinin təamlarını iştahla dadaraq onları “fantastik” adlandırır.
Ronaldinyonu ölkəmizə gətirən iş adamı, SOCAR-ın sabiq vitse-prezidenti Adnan Əhmədzadə futbolçudan Azərbaycan yeməkləri haqqında fikrini soruşduqda, Ronaldinyo yeməkləri çeynəyə-çeynəyə “fantastikdir” cavabını verib.
Həmin videonu təqdim edirik:
Qeyd edək ki, noyabrın 12-də Azərbaycana gələn əfsanəvi futbolçunun səfəri dünən başa çatıb.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ