İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papasından QALMAQALLI AÇIQLAMA - Homoseksuallar da Allahın övladlarıdır

2013-cü ildə vəzifəyə gəldiyi gündən bəri homoseksuallıq, abort və din xadimlərinin nikahı kimi həssas mövzularda açıqlamalar verən Papa Fransisk yenə də LGBT problemləri ilə rezonans doğuracaq ifadələr işlədib.

Musavat.com xəbər verir ki, katolik dünyasının ruhani lideri homoseksuallığın cinayət olmadığını və LGBT əleyhinə qanunların ədalətsiz olduğunu bildirib.

“Gey olmaq cinayət deyil. Bəli, günahdır, amma əvvəlcə günah və cinayəti ayırd edək. Bir-birimizə kömək etməmək də günahdır. Onlar da, biz hamımız Allahın övladlarıyıq. Allah bizi kim olduğumuza, ləyaqətimiz üçün mübarizə aparmağa imkan verən gücümüzə görə sevir" - o AP agentliyinə müsahibəsində deyib.

Bəzi ölkələrdə qüvvədə olan LGBT əleyhinə qanunların ədalətli olmadığını bildirən Papa Fransisk Katolik kilsəsinin bu ədalətsizliyə son qoyma gücünə sahib olduğunu bildirib. Papa bu qanunları dəstəkləyən din xadimlərini də mərhəmətli olmağa çağırıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR