İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Tevanyandan Rusiya ilə bağlı İLGİNC AÇIQLAMALAR

“Ermənistan Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsi hesabına Qərblə əlaqələr qurmamalıdır”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan deyib.

“Son vaxtlar Rusiya mediasında Ermənistan haqqında müsbət qiymətləndirmələr yoxdur, çünki Ermənistan hakimiyyətinin 2021-ci ildən sonrakı siyasəti ikitərəfli münasibətləri pisləşdirməyə yönəlib. Biz göstərmək istəyirik ki, Ermənistanda Rusiya ilə müttəfiqlik və strateji münasibətlərin bərpasını istəyən alternativ qüvvələr də mövcuddur”, - deyə Tevanyan qeyd edib.

Xatırladaq ki, sentyabrın ortalarında Tevanyan bir qrup erməni ilə birlikdə Ukraynanın işğal altında olan Donbas bölgəsinə səfər edib və orada yerli separatçılarla görüşüb.

Onun bu səfəri Rusiya mediası tərəfindən həvəslə işıqlandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR