Onlayn ictimai-siyasi qəzet
Gürcüstan ABŞ-la strateji tərəfdaşlığı sıfırdan bərpa etməkdə maraqlıdır.
Musavat.com xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Gürcüstanın TV 1 telekanalına deyib: “Biz əvvəllər bəyanatlarla çıxış etmişik ki, ABŞ-la münasibətlərimizi bərpa etmək, strateji tərəfdaşlığı təkcə sıfırdan deyil, həm də hər iki ölkə üçün konkret vəzifələr və prioritetləri əks etdirəcək konkret yol xəritəsi üzrə bərpa etmək istəyirik”.
Kobaxidze qeyd edib ki, bir neçə gün əvvəl Gürcüstanın xarici işlər naziri Maia Boçorişvili ilə ABŞ-ın Tbilisidəki səfiri Robin Danniqan arasında görüş keçirilib və “bağlı qapılar arxasında müzakirənin məzmununun açqılanması qəbuledilməz olsa da, hər iki tərəf ölkələrimiz arasında münasibətlərin səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu bildirib”.
Gürcüstanın baş naziri Tiflisin Avropa İttifaqı ilə münasibətlərini də şərh edib: "Gürcüstan kiçik dövlətdir, lakin ləyaqətli dövlətdir. Əgər müharibədə iştirak, bizə iqtisadi tənəzzül kimi qayıdacaq sanksiyaların tətbiqi tələbləri deyil, ölkəmizə layiqli münasibət varsa, deməli, bizim tərəfimizdən əməkdaşlığa tam açıqlıq var".
Musavat.com
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ