İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Ukraynadan yeni tələbi - referendumun nəticələri tanınmalıdır

Rusiya Ukraynadan ilhaq edilmiş ərazilərdə keçirilən referendumun nəticələrini tanımasını tələb edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vladimir Putin Sky Arabia telekanalına müsahibəsində vurğulayıb ki, Rusiya Ukraynadan ilhaq edilmiş bütün ərazilərdə keçirilən səsvermələrin nəticələrini tanımasını tələb edir.

Rusiya lideri xəbərdarlıq edib ki, bu nəticələri nəzərə almaqdan imtina “hərbi əməliyyatların yeni mərhələsinin mümkünlüyü demək olardı”.

O, uzunmüddətli sülhün bərqərar olması üçün şərtləri sadalayıb: Ukrayna neytrallığını bildirməli, hər hansı xarici hərbi bloklarda iştirakdan imtina etməli, nüvə proqramını inkişaf etdirməməlidir. Bundan əlavə, Putinin fikrincə, nizamlanma zamanı Kiyev rusdilli əhalinin və rusiyayönlü fikirli vətəndaşların hüquqlarını təmin etməyə borcludur.

RF lideri həmçinin bildirib ki, “xarici qüvvələr” hərbi əməliyyatları dayandırmaqda maraqlı deyil, Ukraynadan öz planlarını həyata keçirmək üçün vasitə kimi istifadə edirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR