Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Rəisi və digər dövlət rəsmilərinin öldüyü helikopterin qəzasının görüntüləri adı ilə yayılan video əslində saxtadır.
Musavat.com xəbər verir ki, sosial mediada, Moize Telegram kanalında yayılan bu video əslində 2022-ci ilin iyul ayına aiddir. Bu görüntülər Gürcüstanın Qudauri şəhərində sərhəd polisinin xilasedici helikopterinin qəzaya uğradığını anlara aiddir, Rəsinin helikopter qəzası ilə heç bir əlaqəsi yoxdur.
Anlaşılmazlıq nəticəsində biz də bir neçə dəqiqə həmin materialı saytda saxladıq. Buna görə oxucularımızdan üzr istəyirik.
Videonun gerçək linkini də paylaşırıq.
Musavat.com
Musavat.com
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ