Onlayn ictimai-siyasi qəzet
İspaniya La Liqasının 27-ci turunda “Valensiya" - “Real” matçını idarə edən Xesus Gil Manzano müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna qarşılaşmanın son anlarında hakimin verdiyi mübahisəli qərar səbəb olub.
Belə ki, “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem əlavə olunmuş dəqiqələrdə Brahim Diazın ötürməsindən sonra topu tora göndərsə də, ondan bir neçə saniyə əvvəl baş hakim final fitini səsləndirib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Xesus Gil Manzanonun qərarı paytaxt təmsilçisinin futbolçularının hiddətinə səbəb olub. Cud Bellinqem və Antonio Rudiger mübahisəyə görə qırmızı vərəqə alıblar.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ